Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi - MÜƏMMA
23-04-2021, 15:10
356

Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi - MÜƏMMA

Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Pərivan” MMC (VÖEN-1006771241) olub.
“Gənclərin İnkişaf və Karyera Mərkəzi” yeni açılacaq region nümayəndəlikləri ilə bağlı tədbirlərin təşkili və malların alınması üçün “Pərivan” MMC-yə 46 min 640 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 46,6 min manatlıq tender müsabiqəsinin qalibi olan “Pərivan” MMC cəmi 4 ay əvvəl – dekabr ayının 8-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “Pərivan” MMC -nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə İbrahimov Şəmsəddin Bəhram oğludur.
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin iyul-dekabr aylarında “Pərivan” MMC-nin  dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “Pərivan” MMC -nin qanuni təmsilçisi İbrahimov Şəmsəddin Bəhram oğlu eyni zamanda “Balxas”, “Myanmar” və “Komor-2020” MMC-lərin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də (əsasən coğrafi adlar) bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-dekabr aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”ünvanda qeydə alınan şirkətlər bunlar olub:

Adı

Ünvan

Nizamnamə kapitalı

Qanuni
təmsilçi

Qeydiyyat
tarixi

"Oşuma-2020”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26.
20 manat
Təhməzov Elnur İbrahim
04.06.2020
"Dənizli”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Əbilov Rolan Əhsən
06.07.2020
"Yolova”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Əbilov Rolan Əhsən
06.07.2020
"Yenıera”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Əliyev Fərid Muxtarpaşa
08.07.2020
"Maskat-LM”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Əliyev Fərid Muxtarpaşa
10.07.2020
"Netgear-2020”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
10 manat
Mansurov Rasul Eldəniz
13.07.2020
"Reliance-2020”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
10 manat
Mansurov Rasul Eldəniz
13.07.2020
"Vankuver”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Abbasov Əli Fizuli
14.07.2020
"Ncamena”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Abbasov Əli Fizuli
14.07.2020
"Tonota”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
10 manat
Səmədov Bayram Salman
17.07.2020
"Tamaqa”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
10 manat
Səmədov Bayram Salman
17.07.2020
"Kuala-2020”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Səmədov Səməd Salman
20.07.2020
"Petra-2020”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Səmədov Səməd Salman
20.07.2020
"Bolıvıya”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Abbasov Elməddin Xaləddin
28.07.2020
"6ES04Y4”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Abbasov Elməddin Xaləddin
28.07.2020
"Samoa-LM”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
10 manat
Quliyev Nicad Vaqif
28.07.2020
"Uqanda”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
10 manat
Quliyev Nicad Vaqif
29.07.2020
"Lesoto”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Hacızadə Vüsal Xaliq
04.08.2020
"Malavı”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Hacızadə Vüsal Xaliq
04.08.2020
“Bazarçay”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Ağayev Fuad Ələddin
13.08.2020
“Anabar”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Ağayev Fuad Ələddin
13.08.2020
“Atray”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Əhədov Səmədağa Vəli
4.09.2020
“Barfonq”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Əhədov Səmədağa Vəli
4.09.2020
“Balxas”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
İbrahimov Şəmsəddin Bəhram
8.12.2020
“Pərivan”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
İbrahimov Şəmsəddin Bəhram
8.12.2020
“Myanmar”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
İbrahimov Şəmsəddin Bəhram
9.12.2020
“Komor-2020”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
İbrahimov Şəmsəddin Bəhram
9.12.2020
“Aqraxan”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Həsrətov Azər Möhtərəm
21.12.2020
“Bukıt 2020”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Həsrətov Azər Möhtərəm
21.12.2020
“Dolles”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Həsrətov Azər Möhtərəm
21.12.2020
“Kanıd-Group”
Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90
20 manat
Həsrətov Azər Möhtərəm
21.12.2020




































































Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 3-4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Oxşar xəbərlər