YAP MSK üzvlüyünə namizədlərinin siyahısını parlamentə təqdim etdi
23-04-2021, 18:50
198

YAP MSK üzvlüyünə namizədlərinin siyahısını parlamentə təqdim etdi

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlərinin siyahısını parlamentə təqdim edib.
Bu barədə "Report"a mötəbər mənbə məlumat verib.
Mənbə bildirib ki, Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən, parlamentdə çoxluq təşkil edən partiya Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlər təqdim etməlidirlər. Bununla bağlı da bu gün partiyanın İdarə Heyətinin iclası keçirilib və 6 nəfərin MSK üzvlüyünə namizədliyi irəli sürülərək təsdiqlənib. Artıq partiyanın bununla bağlı məktubu Milli Məclisə təqdim olunub.
Qeyd edək ki, YAP-ın MSK üzvlüyünə namizədləri bunlardır:
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Sürəddin Hümbətov - ehtiyat üzv

Oxşar xəbərlər