Cəmiyyət
26-04-2021, 13:31
123
“Hüseyn Abdullayev ölüm təhlükəsi ilə üz-üzədir“ - Vəkili
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev aprelin 22-si axşam saatlarında təcili yardım vasitəsilə Penitensiar Xidmətin Müalicə Müəsissəsinə çatdırılıb.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil qeyd edib ki, sabiq deputatın səhhəti həddən artıq pisdir: "Dünən müayinə olunub. Günün birinci yarısında anası və vəkil Cavad Cavadovla görüşüb. Görüşə güclə gəlib. Bədənindən üç litrdən çox yığılmış su çıxarılıb. Qanaxma hələ kəsməyib. Dünən günün ikinci yarısı görüşməyə getsəm də, müayinə olunduğunu deyərək görüşməyimizə şərait yarada bilmədiklərini dedilər.
Hüseyn Abdullayev ölüm təhlükəsi ilə üz-üzədir və təcili olaraq Mərkəzi Klinik xəstəxanaya yerləşdiliməlidir”.