Cəmiyyət
26-04-2021, 15:06
181
Mirələmov katibənin yançağını dümsükləyirmiş … - Bunun Ağsaqqallar Şurasına dəxli yoxdur ?
Bəlkə gənclər qurumuna aidiyyəti var, cənab Eldar İbrahimov ?
Deməli 2 gündür ki, bütün ölkə 3 dəfə deputat, şair, yazıçı, dramaturq, kino müəllifi, Qaz İdarəsinin müdiri, Qaz emalı zavodunun direktoru, hətta Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini (!) işləmiş, hazırda Neft Akademiyasında kafedra müdiri işləyən 77 yaşlı Hüseynbala Mirələmovun gənc katibəsinin yançağını sığallamasından-ovxalamasından danışır.
Təkcə ölkəmiz deyil e, ABŞ telekanalları da Mirələmovun rüsvayçı videosunu göstəriblər. Kimə deyirsən, inanmır. Ancaq həqiqətən də, Mirələmovun videosu ABŞ-ın ABC telekanalında ən məşhur tok-şou – “Cimmi Kimmellə birbaşa”da nümayiş olunub.
Verilişin aparıcısı Mirələmov haqqında deyib: Bu adam Azərbaycanda məmurdur. Deyəsən Nyu-Yorka yeni qubernator tapmışıq”.
Daha sonra isə verilişdə həmin video nümayiş etdirilib.
Bütün Amerika bu videoya baxıb.
Video sosial şəbəkələrdə yayılan kimi ilk növbədə keçmiş deputat Hadı Rəcəbli açıqlama verdi ki, yalan söhbətdir, montajdır, Mirələmov namaz qılan, oruc tutan adamdır, belə iş eləməz. Hadi Rəcəbli onu da əlavə etdi ki, mənim də başıma belə bir oyun gəlmişdi.
Birincisi, yançaq əlləməyi orucluqla tutuşdurmaq nəinki iman əhlinə, ümumiyyətlə, heç kimə yaraşmaz. Mirələmov namaz qılır, yoxsa oruc tutur, bunun məsələyə nə dəxli var ?
Qızı yox e, nəvəsi yaşında qızın arxasına əl gəzdirmək heç bir əndazəyə sığmır. Sadəcə, ayıbdır, 77 yaşlı Mirələmov bir yaşından-başından utansın.
İkincisi, bunun nəyi montajdır ?
Sabiq deputat Hadı Rəcəbli deyir ki, belə bir oyun mənim də başıma gəlmişdi. Bəli, gəlmişdi, amma oyun deyildi.
Sən MM-dəki kabinetində öz qadın həmkarın Gülər Əhmədovanın yançağını çimdikləmişdin, o da stolun üstündəki gülqabını sənin başına çırpmışdı. Bu qədər sadə. Bunun nəyi oyun olur, montaj olur. İndi siz qocalar camaatın qız-gəlininə əl atırsınız və üstü açılanda deyirsiniz montajdır.
Deməli, video yayılan kimi jurnalist Mirələmovla əlaqə saxlayır. Və videonun yayılmasından bixəbər olan Mirələmov hal-əhvaldan sonra videodan xəbər tutan kimi deyir ki, mən Mirələmov deyiləm…bu mənim telefonum deyil…
Allah insanı belə bir biabırçılıqdan qorusun.
Sosial şəbəkədə Mirələmovun ünvanına nələr deyilmir. Amma onun özü kimi, özü əxlaqda olan tərəfdarları da az deyil.
Müxbir Ağsaqqallar Şurasının sədr müavini, deputat Eldar İbrahimovdan video ilə bağlı fikrini soruşur. O nə desə yaxşıdır: “ Bu məsələnin Ağsaqqallar Şurasına dəxli yoxdur. O video montajdır..”
Uzun illər Milli Məclisin üzvü olan, yüksək vəzifələrdə işləmiş, hazırda Allah qoymasa Ağsaqqallar Şurası sədrinin müavini Eldar İbrahimov bu boyda rüsvayçılığın Ağsaqqallar Şurasına dəxli olmadığını deyir.
Sənin Ağsaqqal boyunu yerə soxum. Bəs bunun Gənclər təşkilatına dəxli var ?
Mirələmov Ağsaqqalar Şurasının üzvüdür də, pioner deyil, komsomol deyil ki…
Hələ “qəmədiyə” davam edir.
Deputat Siyavuş Novruzov yançağı əllənən katibəni nəzərdə tutaraq deyir : “Bacımızın qulağında, eşitmə problemi olub, Mirələmov onu dümsükləyirmiş ki, kompüteri söndür”.
Bu artıq ağ eləmək, milləti ələ salmaqdır.
Mirələmov dümsükləməyə yer tapmadı, gərək daldan dümsükləyə idi..?
Siyavuş Novruzov !
Milləti ələ salmazlar. Unutma ki, Fikrət Əzizov sənin dərdini çəkməkdən saçlarını az vaxtda ağartdı…
Biri də yazır ki, bəs Mirələmov əlini printerə sarı uzadırmış, qızın dalına toxunub..
Adama deyərlər printerin qızın arxasına nə dəxli var ?
İndi məlum olub ki, Mirələmov həm də Qafqaz Müsəlmanları Dini İdarəsinin Şura üzvü imiş. Bəh, bəh.
Görək, hörmətli Şeyximiz nə deyəcək ?
Bəlkə deyəcək, arxasına soyuq olubmuş, Mirələm də ovxalayırmış…Axı, Mirələmov həm də seyiddir..