Bu xəstələr də peyvənd oluna bilər - AÇIQLAMA
27-04-2021, 12:30
151

Bu xəstələr də peyvənd oluna bilər - AÇIQLAMA

“Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna aiddir”.
Bunu Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev deyib. O bildirib ki, xəstəliyin vaxtında müalicə olunması üçün həmin şəxslər həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə, dərhal həkimə müraciət etməlidirlər: “Həm kəskin, həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir.
Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir”.
Həkimin sözlərinə görə, həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və bu, tövsiyə olunur: “Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır. Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir”.

Oxşar xəbərlər