Arif Quliyevin son vəziyyəti açıqlandı
28-04-2021, 10:26
175

Arif Quliyevin son vəziyyəti açıqlandı

Xalq artisti Arif Quliyevin müalicəsi davam etdirilir.
Bu barədə “Yeni klinika”nın reanimatoloqu Emil Qasımov bildirib.
Onun sözlərinə görə, Xalq artisitnin vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, Xalq artisti Arif Quliyev bir müddət əvvəl koronavirusa yoluxub. Onun vəziyyəti sonradan ağırlaşıb və aktyor “Yeni klinika”ya yerləşdirilib.
Ötən gün onun xəstəxanadan görüntüləri yayılıb. Bununla bağlı peşə etikasına zidd görüntüləri yayan əməkdaş ciddi cəzalandırılıb.

Oxşar xəbərlər