Niyazi Bayramov "Zəfər bulağı" tikmək istəyini niyə basdırdı? - FOTOLAR
28-04-2021, 10:48
192

Niyazi Bayramov "Zəfər bulağı" tikmək istəyini niyə basdırdı? - FOTOLAR

Gəncə meri Niyazi Bayramov 44 günlük "VƏTƏN SAVAŞI"nın şərəfinə, eləcə də şəhidlərin adının əbədiləşdirilməsi məqsədilə aylar əvvəl təməlini qoyduğu "Zəfər bulağı" tikintisini yenidən basdırıb. Mirzə Abbas Abbaszadə küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində, "Kəpəz" mehmanxanasının qarşısında yaşanan bu olayı və şəhər rəhbərliyinin əsl niyyətinin nə olduğunu hamı anlamağa çalışır.

"Demokratik.Az"-ın məlumatına görə, işin yarımçıq dayandırılmasının əsas səbəblərindən biri kimi, xatirə kompleksinin düz səkinin ortasında planlaşdırılması olub. Bundan əlavə, Gəncə kimi şəhərdə "Zəfər bulağı" üçün məhz həmin dar və uyğunsuz yerin seçilməsi Prezident Administrasiyası tərəfindən sərt şəkildə qınanılıb. Nəticədə, Niyazi Bayramovdan tikilinin durdurulması, daha uyğun layihənin tezliklə PA-nın aidiyyatı şöbəsinə təqdim edilməsi tələb olunub.
Məlumata görə, bu durum Gəncənin merinin gəlişindən bu yana tikintisi durdurulan növbəti uğursuz projelərdən biridir. Ümumiyyətlə, son iki ildə Niyazi Bayramovun şəninə deyiləcək hansısa möhtəşəm tikiliyə və quruculuq işlərinə rast gəlinmir...
Demokratik.Az sözügedən layihə üçün cari ilin yanvarından çəkmiş olduğu görüntüləri təqdim edir: 





 
Şəkillərdən də aydın olur ki, layihənin gerçəkləşməsi üçün ilkin işlər də görülübmüş. Mövzuya şərhi icra başçısından eşitmək maraqlı olardı...

Oxşar xəbərlər