Gənc cərrah Xaliq Rzayev Qarabağ müharibəsindən danışdı
28-04-2021, 19:13
315

Gənc cərrah Xaliq Rzayev Qarabağ müharibəsindən danışdı

Həkimlik peşəsinin çox nəcib, hətta müqəddəs peşə olması heç kimə sirr deyil. 
Hərbi həkimlər isə, həkim olmaqla bərabət həm də əsgərdir. 
Ordu ilə, zabitlər və əsgərlər ilə bərabər döyüşür, hətta bu yolda şəhid olur. 
Qarabağ savaşında və sonuncu 44 günlük Vətən müharibəsində həkimlərimiz də böyük rəşadət göstəriblər. 
Belə həkimlərimizdən biri də tanınmış uroloq-androloq Xaliq Rzayevdir. 
Xaliq Rzayev  2008 – 2015 ci illərdə  Rusiya Federasiyasının Stavropol Dövlət Tibb Universitetində təhsil alıb.  
2015 – 2017 ci illərdə  Rusiya Federasiyasının Stavropol Dövlət Tibb Universitetində Klinik Ordinator olub. 
RF  Şimali Qafqaz Federal dairəsinin uroloqlar cəmiyyətinin üzvüdür. 
2015 – 2017 ci illərdə  Stavropol Regional Xəstəxanasında, 2017 ci- ildə Medi Clubda, sonra Uroloji Mərkəz Kamal Abdullayevin klinikasında çalışıb. Hazırda Dia Lab klinikasında çalışır. 
Xaliq Rzayev eyni zamanda Müdafiyə Nazirliyinin baş travmatoloqu tibb xidmət polkovniki məşhur hərbi həkim Şəmsəddin Rzayevin oğludur. 44günlük vətən müharibəsində atası ilə çiyin çiyinə yaralı əsgər və zabitlərə xidmət göstərmişdir.
Xaliq Rzayev bütün gücünü yaralı əsgərlərimizin əməliyyat olunmasına, sağlamlıqlarının bərpasına sərf edən gənc cərrahlarımızdan biridir.
Həkim deyir ki, mən ilk növbədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzu və xalqımızı qələbə münasibəti ilə təbrik edirəm. 
Cənab İlham Əliyev atası, mərhum Ümumilli Liderimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, Qarabağımızı azad etdi. Bu böyük şərəfdir. 
Biz həkimlər isə müharibə dövründə qələbəyə inanırdıq və etdiklərimiz bizim üçün qürur hissi yaradırdı. Nə qədər əsgərin həyatını xilas edirsənsə, deməli o qədər vətənimizi və ailəmizi qoruyanı xilas edirik. Xilas etdiklərimiz yenidən döyüşə qayıdırdılar. 
Biz gundelik-bakı  kollektivi olaraq  gənc uroloq-həkim  Xaliq Rzayevə uğurlar arzulayırıq. 
Və hörmətli səhiyyə nazirimiz Oqtay Şirəliyevdən xahiş edirik ki, belə gənclərə  etimad göstərsin və onların öz qabiliyyətlərini ortaya qoymasına şərait yaratsın.
n.














Oxşar xəbərlər