Arif Quliyev ECMO cihazına qoşulub
29-04-2021, 10:23
153

Arif Quliyev ECMO cihazına qoşulub

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.
Bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.
O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.
R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, A.Quliyevin müalicəsi “Yeni Klinika”nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Oxşar xəbərlər