Gəncədə tenderi yenə Elmar Vəliyevin dostu uddu - Aqibət Məmmədov kimdir
29-04-2021, 11:11
135

Gəncədə tenderi yenə Elmar Vəliyevin dostu uddu - Aqibət Məmmədov kimdir

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi şəhərdə yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Rupor"un məlumatına görə, "Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" ASC-dir.

Qalib şirkətə 3,971 milyon manat ödəniləcək.

"Gəncə Körpü Tikinti-2”ASC haqqında mətbuatda mütəmadi yazılar dərc olunub. Daha doğrusu ASC-nin sədri Aqibət Məmmədovun rəhbərlik etdiyi şirkətin əvvəllər də tenderlərin qalibi olduğu bildirilir. Onun bu üstünlüyə sahib olması isə keçmiş icra başçısı Elmar Vəliyevlə bağ qonşusu və dost olması ilə əsaslandırılır. Maraqlısı odur ki, Aqibət Məmmədov yeni icra başısı Nizami Bayramovla da yaxın əlaqələr qura bilib. 

Mətbuatda Aqibət Məmmədovun Türkiyə və Londonda mülkləinin olması və hazırda Londondakı mülkləri ilə bağlı Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin araşdırma aparması ilə bağlı yazılar da var. 

Bununla yanaşı, “Gəncə Körpü Tikinti-2”ASC-nin sahibinin oğlu Rəşad Məmmədovun bahalı avtomobil həvəskarı olduğu da iddia edilir. Rəşad Məmmədovun mütəmadi olaraq avtomobil parkını yenilədiyi deyilir və onun avtomobillərinin fotoları da yayılıb. 
Ona məxsus avtomobillərin nömrə nişanlarından birini təqdim etmək vəziyyətə daha dəqiq aydınlıq gətirə bilər. O nömrə belədir - 10OO100. 

Oxşar xəbərlər