Cəmiyyət
11-08-2020, 18:43
291
Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə ediləcək
Sabah Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyə ediləcək.
Bakıtv.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə edilənlərdən 119-u Azərbaycan, qalanları isə Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşlarıdır.
Təxliyə edilənlər avqustun 18-də Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.
Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar avqustun 19-da saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış avtobuslarla “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yola salınacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.