"Qaya" ansamblının gitaraçısı koronavirusdan ölüb
4-05-2021, 16:56
185

"Qaya" ansamblının gitaraçısı koronavirusdan ölüb

"Qaya" ansamblının gitaraçısı, pedaqoq, rəssam və şair Adil Qədirov vəfat edib.

Bunu Trend-ə "Qaya"nın vokalçısı, xalq artisti Cavan Zeynallı deyib.

Onun sözlərinə görə, musiqiçi 66 yaşında koronavirusdan dünyasını dəyişib.

Adil Qədirov 1980-ci illərdə "Qaya" ansamblının və onun nəzdində yaradılmış "Talisman" rok qrupunun üzvü olub.

Oxşar xəbərlər