Azərbaycanda yeni avtomobil nömrələri istifadəyə verilib? - DYP-dən AÇIQLAMA
4-05-2021, 17:12
220

Azərbaycanda yeni avtomobil nömrələri istifadəyə verilib? - DYP-dən AÇIQLAMA

Sosial şəbəkələrdə "100" və "110"la başlayan avtomobil qeydiyyat nişanlarının fotosu yayılıb. 
Yayılan fotolarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlamasında bildirib ki, qeydiyyat nişanlarının seriyası ilə bağlı hər hansı yenilik yoxdur:
""100" seriyası ilə başlayan dövlət qeydiyyat nişanları diplomatik korpuslara, "110"la başlayan qeydiyyat nişanları isə traktorlara verilir".

Oxşar xəbərlər