Bitməyən şikayətlər:“Azercell” müştəriləri necə tora salır? – ŞİKAYƏT VAR
6-05-2021, 12:52
182

Bitməyən şikayətlər:“Azercell” müştəriləri necə tora salır? – ŞİKAYƏT VAR

“Azercell” mobil operatorunun müştərilərini aldatması prosesi davam edir. Bizim.Media-ya daxil olan abonent şikayətlərinə görə “Azercell” mobil operatoru yeni nömrə alan müştərilərinin icazəsi olmadan və xəbərdarlıq edilmədən onları ödənişli kampaniyaya cəlb edir.

Belə ki, mobil operator yeni nömrə alan istənilən müştəriyə Zəngimsell xidməti qoşur. Ödənişli kampaniya olan bu xidmət qarşılığında isə abonentin balansından əlavə məbləğ tutulur. Bu durum müştərilərin haqlı narazılığına səbəb olub.

Saytımıza bununla bağlı müraciət edən bir neçə abonetin sözlərinə görə yeni nömrələrinə onlardan xəbərsiz Zəngimsel xidməti qoşulub və balansdan pul çıxılıb. Üstəgəl hər ay bu xidmət yeniləndiyi üçün ödəniş avtomatik olaraq balansdan çıxılır.

Məsələ ilə bağlı “Azercell” mobil operatoru ilə əlaqə yaratdıq. Şirkət rəsmisinin Bizim.Media-ya verdiyi açıqlamaya görə yeni nömrələrə sözügedən xidmətin qoşulması üçün balansdan ödəniş tutulmur:

“Olur ki, nömrələrə bir aylıq Zəngimcell hədiyyə paketi verilir. Bir ayı ödənişsizdir. Amma növbəti aydan abonent xidmətin istifadəsinə razılıq versə, balansdan pul çıxılır. Hətta müştəriyə bu barədə xəbərdarlıq mesajları da göndərilir”.

Oxşar xəbərlər