TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yoxlamalara başlanıldı
8-05-2021, 17:00
200

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yoxlamalara başlanıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində xəstələrin qidalanma rejiminin təşkili, təmin olunan ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar–gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının qiymətləndirilməsi məqsədilə cari ilin aprel ayından etibarən yoxlamaların  həyata keçirilməsinə başlanılıb.
Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Oxşar xəbərlər