Safari parkından 3 bəbir qaçdı, əhalidən gizlətdilər
10-05-2021, 19:15
205

Safari parkından 3 bəbir qaçdı, əhalidən gizlətdilər

Çinin Zhejiang əyalətindəki safari parkından üç bəbir qaçıb.
Park rəhbərliyi bir həftə əvvəl qaçan bəbirlər barədə xalqa yeni məlumat verib. Fuyanq Regional Rəhbərliyi tərəfindən yaradılan axtarış qrupları saatlarla davam edən əməliyyat nəticəsində 2 bəbirin tapıldığını bildirib. Üçüncü bəbirin hələ də tapılmadığı və qrupların Hanqjou şəhərində və ətrafındakı bölgələrdə pilotsuz təyyarələrlə axtarış apardıqları diqqətə çatdırılıb.

Oxşar xəbərlər