Karantin qaydasını pozan çayxanada 9 nəfər cərimələndi
12-05-2021, 11:19
175

Karantin qaydasını pozan çayxanada 9 nəfər cərimələndi

Saatlıda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dərhal dayandırılıb, çayxananın icarədarı A.Zeynalov və orada olan 8 müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Oxşar xəbərlər