Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO (YENİLƏNİB)
17-05-2021, 13:14
20

Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur - VİDEO (YENİLƏNİB)

Təlimlərdə plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.
Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.
***
10:50
Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.
Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.

Oxşar xəbərlər