Abş​​​eronda qadına küçədə hücum edildi
17-05-2021, 13:55
153

Abş​​​eronda qadına küçədə hücum edildi

Abşeronda qadına küçədə hücum edilib.
"Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
 
Belə ki, 1986-cı il təvəllüdlü Aslanova Zülfiyyə Möhsüm qızı işdən çıxıb evə gedərkən hücuma məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və sol qulağın kəsilmiş yarası diaqnozları qoyulub.
İlkin məlumata görə, qadına hücum edən şəxs keçmiş həyat yoldaşıdır.
Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər