Afaq Bəşirqızı əməliyyat olundu: Həkimi danışdı - Video
18-05-2021, 12:22
199

Afaq Bəşirqızı əməliyyat olundu: Həkimi danışdı - Video

Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub.
Yenisabah.az xəbər verir ki, aktrisanın oynaqlarına və onurğasına kök hüceyrə köçürülüb. Bu haqda həkim Sevinc Heydərova sosial şəbəkə hesabında məlumat verib.
O, qeyd edib ki, A.Bəşirqızının diz, bud-çanaq oynağına, boyun və bel nahiyələrinə kök hüceyrə köçürülüb.
Əməliyyatı barədə “Elgizlə İzlə” proqramına zəng edən A.Bəşirqızı həkiminə inandığı üçün əməliyyata razılıq verdiyini deyib:
“Uzun müddətdir ki, xəstəliyim var. Metastaz verdi, başqa problemlər yaratdı. Xəstə həkiminə inanırsa, yaxşı sonu olur. Mən də elə insanam ki, bir həkimə inandımsa, onunla davam edirəm. Bəzən deyirlər ki, kiminsə üzünə yox, əlinə bax, amma mən həkimimin üzünə baxmışdım. Bu xanımın ağıllı gözləri var idi, məni o qədər inandırdı ki, dedim, Sevinc qızım, gəl, risk edək”.
Həmin görüntüləri təqdim edirik: 


Oxşar xəbərlər