Metroda Xudayarın səs yazısı olacaq? - AÇIQLAMA (VİDEO)
18-05-2021, 13:05
164

Metroda Xudayarın səs yazısı olacaq? - AÇIQLAMA (VİDEO)

"Bakı Metropoliteni" QSC yeni açılacaq "8 noyabr" stansiyasının şəhid Xudayar Yusifzadənin səsi ilə elan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı barədə açıqlama verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, adıçəkilən səs yazısı montajdır: "Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Hazırda belə bir şey yoxdur. Bu, quraşdırma və montajdır".

Oxşar xəbərlər