“Deyirlər ki, maşınınıza filan şey atıb sizi tutdurarıq...“ - Qalmaqal
19-05-2021, 15:52
160

“Deyirlər ki, maşınınıza filan şey atıb sizi tutdurarıq...“ - Qalmaqal

Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156 ünvanında Sahil-D Kompani” MMC tərəfindən inşa edilmiş bina kompleksinin sakinləri binanın zirzəmisinin qanunsuz olaraq satılmasından şikayətçidirlər.
Yenisabah.az-a şikayətlərini bildirən sakinlər qeyd edir ki, 462 mənzildən ibarət yaşayış kompleksinin cəmi bir zirzəmisi var. Əhalinin etirazları və təkidlərinə baxmayaraq zirzəmidə hələ də  sənədsiz, icazəsiz maşın yuma (moyka) məntəqələri fəaliyyət göstərir:
“19 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Çoxmənzilli binaların sadələşmiş formada istismara təhvil verilməsi haqqında 529 saylı sərəncamının 1.1.-ci maddəsindən irəli gələn bütün sənəd toplularını hazırlayaraq binanın istismara qəbul edilməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdik. Bütün rüsumları ödədik, layihələri verdik. Göstəriş verildi və biz binaya köçdük. Binanın sahibi 13 il sonra həbsxanadan çıxdı və başladı bizə hücum etməyə ki. Siz kimsiniz, buranın sahibi mənəm və s. Bundan sonra bizimlə bina sahibləri arasında mübahisələr oldu. Uzun müddətdən sonra biz binada öz şəraitimizi qura bildik. İndi isə binanın zirzəmisini kimə gəldi satmağa başlayıblar. Satdıqca da orada müxtəlif kommersiya obyektləri yaratdılar. Biri "moyka" tikdi. "Moyka"nın suyu birbaşa binanın təməlinə gedir. Bu 24 mərtəbəli binadır və həmin su təmələ getdikcə armaturları çürüdür, azca təkan olarsa bina sökülüb dağılacaq. Binanın sahibinə deyirik ki, bura qaraj və zirzəmi təyinatlıdır. Bu yaxınlarda Nazirlər Kabinetinin qərarı çıxdı ki, zirzəmilər tək zirzəmi xarakteri daşımır, onlar həm də mülki müdafiə xarakteri daşıyır. Binanın zirzəmisi satılıb kommersiya obyektinə çevrilə bilməz. Bizim binanın isə üçdə bir hissəsi artıq satılıb. İcra hakimiyyətinə müraciət etdik, onlar sağolsunlar, başçı komissiya göndərdi, onların tərkibində arxitekturanın nümayəndələri oldu. Baxış keçiriləndən sonra həmin yerdə "moyka"nın fəaliyyətini qəti qadağan etdilər. Lakin üç gün sonra həmin yerdə yenidən elə bir tikinti başladı ki, əlimiz, ayağımız üzüldü. Başladılar zirzəmidə sanuzel tikməyə. Biıdirdik ki, burada bu cür tikinti aparmaq olmaq. Bundan sonra bizi şantaj etməyə başladılar, dedilər ki, maşınınıza filan şey atıb sizi tutdurarıq. Sakinləri şantaj etməyə başladılar. Komissiya buna icazə verməsə də moyka hələ də fəaliyyətini davam etdirir, gündə onlarla  maşın yuyulur, suyu axıdılır. Onların əlindəki sənəd də saxtadır, çünki zirzəminin satılmasına qanunla icazə yoxdur. Biz anlamırıq ki, insanlar necə belə addımlar ata bilərlər...”

Oxşar xəbərlər