Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq
20-05-2021, 23:44
219

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq

Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və opera müğənnisi Bülübülün yeni heykəli ucaldılacaq.
Bunu “report”a açıqlamasında rəssam, heykəltaraş Aslan Rüstəmov deyib.
O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəyovun, həm də Bülübülün abidəsi olub: "Üzeyir Hacıbəyovun heykəlini heykəltaraş Əhməd Salikov hazırlamışdı.
Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə məhv ediblər. Heykəlin heç modeli də qalmayıb. O dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolara baxıb heykəli hazırlayırıq".
A.Rüstəmov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ondan Bülbülün heykəlinin hazırlanmasını xahiş edib:
"Bülbülün Şuşadakı ev muzeyinin həyətində heykəli ucaldılmışdı. Ermənilər heykəli tamamilə dağıdıblar. Həmin abidənin eyni formasını hazırlayırıq. Oğullarım Teymur və Mahmudla birgə hər iki heykəlin üzərində işləyirik”.

Oxşar xəbərlər