Vilayət Eyvazov "MERO"ya yeni rəis TƏYİN ETDİ
21-05-2021, 17:48
170

Vilayət Eyvazov "MERO"ya yeni rəis TƏYİN ETDİ

Daxili İşlər orqanlarında yeni təyinat olub.
Bakıtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Eldar Əliyev Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinə ("MERO") rəis təyin edilib.
Yeni rəis bir müddət öncə yaş həddi ilə bağlı təqaüdə göndərilən polis polkovniki Mayis Əhmədovu əvəz edirdi.

Oxşar xəbərlər