İranda koronavirusa yoluxanların sayı 352 mini ötdü
20-08-2020, 14:30
278

İranda koronavirusa yoluxanların sayı 352 mini ötdü

İranda daha 139 nəfər koronavirusun qurbanı olub.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, İranda, ümumilikdə, 20 264 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada daha 2 279 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 352 558-yə yüksəlib.
Məlumatda həmçinin 3 869 nəfərin ağır vəziyyətdə olduğu, 304 236 nəfərin isə sağaldığı vurğulanıb.

Oxşar xəbərlər