Hadi Rəcəblinin nəvəsinin toyu Emin Ağalarovun restoranında keçirilib - Yenilənib
20-08-2020, 16:13
279

Hadi Rəcəblinin nəvəsinin toyu Emin Ağalarovun restoranında keçirilib - Yenilənib

Bəzi KİV-lərdə sabiq deputat Hadi Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb.
Ailədən verilən məlumata görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil:
“Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.
Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib:
“Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov (“Sea Breeze” restoranın sahibi-red.) da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.
Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.(Modern.az)
***
Sabiq millət vəkili Hadı Rəcəbli bu gün nəvəsinə toy mərasimi keçirəcək.
Bakıtv.az-ın xəbərinə görə, bu barədə məlumat verən mənbənin sözlərinə görə, toy “Sea Breeze” restoranında təşkil ediləcək.
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçiriləcəyi də qeyd edilir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib. (Axar.az)

Oxşar xəbərlər