Çində kömür şaxtasında partlayış - 7 nəfər həlak oldu
20-08-2020, 19:17
292

Çində kömür şaxtasında partlayış - 7 nəfər həlak oldu

Çində kömür şaxtasında partlayış baş verib.
Bakıtv.az xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb. Hadisə Şandun vilayətində yerləşən kömür şaxtasında qeydə alınıb.
Partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər