Rusiyada polisin başından güllələdiyi azərbaycanlının kimliyi bilindi – VİDEO
29-05-2021, 15:47
216

Rusiyada polisin başından güllələdiyi azərbaycanlının kimliyi bilindi – VİDEO

Rusiyanın Novosibirsk şəhərində polisin güllələdiyi azərbaycanlı Gürcüstanın Dmanisi rayonundan olan 19 yaşlı Vəkil Abdullayevdir.
Bu barədə “24news.ge” məlumat yayıb. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Kadrlardan görünür ki, sürücü şəxsiyyətinin müəyyən olunması üçün hüquq mühafizəçinin xidməti avtomobilinə tərəf aparılır. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub avtomobilin üzərinə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açılıb. Məlumata görə, zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər