ABŞ seçkilər ərəfəsində: “Xarici qüvvələr”in əsas məqsədi nədir?..
21-08-2020, 10:50
328

ABŞ seçkilər ərəfəsində: “Xarici qüvvələr”in əsas məqsədi nədir?..

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 19 avqust 2020-ci il

Məlum olduğu kimi, dünyada gedən bütün proseslər kənardakı qüvvələr tərəfindən idarə edildiyi üçün üçün onlara “xarici qüvvələr” demək heç də təsadüfi deyil.
Tarixən Roma imperiyası, Böyük Britaniya, Portuqaliya, İspaniya və Osmanlı imperiyası çox böyük qüvvə olub. İndiki vəziyyətdə isə bu missiya ABŞ-ın əlindədir. Hər böyük güc kimi, ABŞ da digər ölkələri mühasirəyə almaq, istədiyi sistemi qurmaq və hər kəsə öz bildiyi rolu vermək istəyir. Elə Osmanlı da, Roma da bunu edirdi. Burası məlumdur.
ABŞ İkinci Dünya Müharibəsindən sonra özünün dünya imperatorluğunu elan etmişdi. Həm də silahın yanına pul da qoyaraq. ABŞ-ın siyasi-iqtisadi sistemi pul üzərində qurulmuş nəhəng bir sistemdir və əsas olan da budur. Bütün ölkələr dollar vasitəsilə Vaşinqtona bağlanıb. Böyük ağıl böyük bir müstəmləkəçilik yaradıb. Hər bir insan, qurum və bank dollarla irəliləmək məcburiyyətində qaldı.
Dolların rolu həmişə bundan ibarət olub. Ancaq, xüsusən içəridə hələ də kimsə işğal üçün xarici əsgərlər görmək istəyir. Halbuki pul vasitəsilə lazım olan hər şey edilib. Hakimiyyəti qazanmaq üçün müharibələr aparılırdı. Dollar ehtiyat pula çevrildikdən sonra uzun müddət böyük bir müharibə baş vermədi. Ara-sıra oyunu pozmağa çalışanlara əməliyyatlarla cavab verildi. Məsələn, İraqa və Əfqanıstana girmək üçün əkiz qüllələrə hücum etdilər. ABŞ öz tezisini yaradarkən, həm də onu inkar edirdi. Bəs bunda məqsəd nə idi?
“Xarici qüvvələr”in işə düşdüyü nöqtə məhz bu idi. Yer kürəsini idarə etmək istəyən qüvvələr və cərəyanlar toqquşur. Ona görə, bu qüvvələr hər ölkəni yanına çəkmək üçün bəzən təzyiq göstərir, hətta müxtəlif əməliyyatlar keçirirlər.
Hazırda ABŞ və Çin arasındakı mübarizəni necə başa düşmək olar? Dünyanın hər yerində davam edən bu qol güləşi necə qiymətləndirilməlidir?
Bu iki gücün təsir etdiyi və etmək istədiyi ölkələri hara qoyacağıq? Məsələn, əgər “İpək Yolu” yaşayacaqsa, bəs Türkiyə harada olacaq?
Rahib Branson hadisəsini, yəqin ki, xatırlayırsınız. Prezident Tramp çıxıb Türkiyəni təhdid etmişdi. Hələ üstəlik, vasitəçi ölkələr üzərindən Türkiyəyə qarşı dollar əməliyyatına da başladı. Avqustda yaşanan bu hadisə ABŞ-ın pastor üzərindən apardığı bir əməliyyat idi. Bunu, həm prezident Tramp, həm də indi kitabını yazmaqla məşğul olan, keçmiş Milli Təhlükəsizlik müşaviri Bolton da qeyd edib. Yəni gizli olan bir şey yoxdur.
Bəs Türkiyənin qərarlarını dəyişdirmək üçün gələnlər xarici idilər? Yoxsa kənar qüvvə? Nə qədər inkar edilsə də onlar xarici qüvvələr idilər. Bu məsələni nə Consonun məktubuna, nə də Kipr məsələsindən sonra qoyulan embarqoya qədər uzatmaq fikrində deyiləm. Ancaq diqqətlə baxdıqda böyük ölkələrin hədəf ölkələrə necə təzyiq göstərdiyi açıq görünür.

Təsadüfi deyil ki, Ayasofiya ibadətə açıldıqdan sonra da xarici qüvvələr yenidən səhnəyə çıxdı. Hər halda əsgər göndərəsi deyildilər. Maliyyə qapısını açıb dollarla avronu yuxarı qaldırdılar. Çünki məqsəd Türkiyəni içəridən sıxışdıraraq istədikləri hər şeyi həyata keçirməkdir. Türkiyə Liviyaya girirsə, Suriyaya gedirsə və Aralıq dənizində bayrağını göstərirsə, onlar da mütləq gələcəkdilər və belə də oldu. Çünki Türkiyə ilə meydanda vuruşmaq çətindir. Ona görə də siyasi istəklərini əldə etmək üçün dollarla avronu irəli verdilər.
Son nəticədə Türkiyənin neft quyuları, təbii qazı və sonsuz yeraltı sərvətləri yoxdur, ancaq insani sərvəti böyükdür. Onu bölmək və siyasi istəklərini almaq üçün qapıya dirəndilər. Xarici qoşunların edə bilməyəcəyi şeyləri dollar və avro ilə etmək istəyirlər. Türkiyə isə müharibənin bu tərəfini heç görməyib. Lakin düşmən ordusu gəlirsə, alacağı da olmalıdır.
“Xarici qüvvələr” bunu da maliyyə əməliyyatları vasitəsilə etmək niyyətində idilər. Valyuta məzənnəsinin və faiz dərəcəsinin ölçüsü barədə özləri qərar vermək istəyirlər və borclu Türkiyənin daha çox sözə baxacağını bilirdilər. Bunu isə içəridə olanlardan bəziləri bilmirdi. Bilsələr də, demirdilər.
Baydenin açıqlamalarını da belə başa düşmək lazımdır. Kamal Kılıçdaroğlunun “dostlarımızla hakimiyyətə gələcəyik”, sözlərindəki adamlar Co Baydenin vurğuladığı “dostlar” eyni məhəllənin sakinləri idi. Heç kimi günahlandırmaq istəmərəm, amma bəzən bizimkilər də bilmədən xarici güclərlə eyni xətdə dayanırlar.
Məsələn, “Ərəb Baharı”nı başladanın hələ də özünü yandıran universitet tələbəsi Boazizi olduğunu düşünürsüz? Ölkələri bir-birinə qatan elə gənc bir tələbə idi? Əlbəttə, deyildi. Ölkələr sadəcə böyük bir zəka ilə qorunur. Böyük güclərlə mübarizə aparmağın yolu daxildə bir olmaq və bütöv olmaqdır. Əgər buna nail olsalar, əvvəlcə qapıya dirənəcəklər, sonra da masaya gələcəklər. Vəziyyət belədir.
Xatırlayın, Osmanlı İmperiyasının qarşısında kim var idi? Böyük bir ittifaq, elə deyil? Bəs Atatürk kimlərlə, harada mübarizə apardı? Liviya çöllərində nə üçün bir gözünü itirdi? Ulubatlı Həsən qalalara niyə bayraq sancdı? Ya da öz halında yaşayan, balaca Bosniyaya niyə hücum etdilər? Çünki oyunun qaydaları heç vaxt dəyişmir, sadəcə bəzən yenilənir.

“Xarici qüvvələr” artıq içəridəki güclərini böyüdür və səhnəyə çıxarırlar. Bunun partiyaya və ideologiyaya heç bir aidiyyəti yoxdur. Ancaq bütün bu prosesi bir partiya ilə izah etməyə çalışsanız, o zaman Baydenin dilindən danışacaqsınız. Bu işə başlayarkən də “İstanbul seçkiləri niyə Baydenə bu qədər maraqlı gəlir?”, sualını versək, pis olmaz. Kənardan gələn təzyiqlərə cavab verənə qədər, səhnə arxasındakıları görmək üçün enerji sərf etmək lazımdır.
Lakin, gəlin Bayden məsələsinə fərqli bir prizmadan baxaq. ABŞ və dünya üçün həyati əhəmiyyət daşıyan noyabr seçkiləri pandemiya səbəbindən fərqli bir şəkildə keçiriləcək. Əvvəllər Kok ailəsindən və seçkilərdən danışmışam. Bu seçkidə Amerika Poçt Xidməti milyonlarla səsi toplayacaq. Lakin seçki qutuları bağlandıqdan dərhal sonra poçtdakı səslər sayılmayacaq. Amerika Poçt Xidmətinin rəsmiləri seçki nəticələrinin ən tezi dekabrın 23-də elan olunacağını düşünürlər. Çünki səsvermənin 30%-i elektron səsvermə, 70%-i isə poçt vasitəsilə həyata keçiriləcək. Dərin Amerikanın da oyuna girəcəyi yer buradır. Nəticələri onlar təyin edəcəklər. Trampın və ya Baydenin gələcəyinə Dərin ABŞ qərar verəcək.
Dərin Amerikaya görə favorit hələ də Trampdır, ancaq Bayden də çox vacib güzəştlər edib. Amerika Poçt Xidmətlərinin baş direktoru Luis Decoy Lokhid Martin ilə idarə heyəti sədri Merlin Hison yaxın dostdur. Seçkilərin poçtla keçiriləcəyi elan ediləndən 2 gün əvvəl Luis Decoy baş direktor təyin edildi. Bu səsvermə tarixdə ən çox səs verilən seçki kimi elan ediləcək. Milyonlarla insan səs verəcək, amma dövlət sayacaq. Baydeni bir də bu güzəşt baxımından qiymətləndirmək lazımdır. Heç bir şeyi təsadüf kimi görməyin. “Xarici qüvvələr” şablonu ilə beyin yumaq istəyənlərin “daxili güc” olmaq ehtimalını da bir kənarda saxlayın.

Oxşar xəbərlər