Bu gün 60 minə yaxın insan vaksinasiya olundu
1-06-2021, 16:54
214

Bu gün 60 minə yaxın insan vaksinasiya olundu

İyunun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 59 499 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 940, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 7 559 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 312 min 715-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 404 min 898, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 907 min 817 nəfərdir.

Oxşar xəbərlər