Mətanət İsgəndərli koronavirusdan sağalıb
2-06-2021, 11:52
172

Mətanət İsgəndərli koronavirusdan sağalıb

Əməkdar artist Mətanət İsgəndərli koronavirusdan sağalıb.

Müğənni bu barədə "Instaqram" səhifəsində yazıb:

"Ağır xəstəlikdən sonra birinci toyumdur. İnana bilmirəm, hələ də şokdan çıxmamışam. Elə bilirdim sağalmayacam. Elə bir xəstəlikdir ki, insan sağalacağına inanmır".

Qeyd edək ki, M.İsgəndərlinin vəziyyəti ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilmişdi.

Oxşar xəbərlər