Cəmiyyət
2-06-2021, 15:01
175
“21 gün reanimasiyada oldum, kəfəni yırtdım”
Bir müddət əvvəl Rusiyada “COVID-19”a yoluxan Əməkdar artist Mətanət İsgəndərli səhhəti barədə açıqlama verib.
Müğənni “Elgizlə İzlə” proqramına telefonla bağlanaraq xəstəliyi ağır keçirdiyini, reanimasiyada qaldığını qeyd edib:
“21 gün reanimasiyada oldum, kəfəni yırtdım. Özümdə olmadım, panik atakım da var. Bir tərəfdən nevroz, digər tərəfdən də bronxlarım məni məhv edirdi. Mənim üçün həyəcan keçirən hər kəsə təşəkkür edirəm. Onların duaları məni xilas etdi.
Mənim qəlbimi çox sındıranlar var. Bu yaralar bizim qəlbimizdədir. Fikirli olanda, qəlbimizə toxunanda immunitet aşağı düşür, xəstələnirik. Çox insan elə bilir ki, incəsənət üzvləri xəstələnmirlər. Amma doğru deyil. Qəlbimiz qan ağlasa da, üzümüz gülür”.