"İçərişəhər" metrostansiyasının yaxınlığında yol çökdü - RƏSMİ AÇIQLAMA
2-06-2021, 16:10
194

"İçərişəhər" metrostansiyasının yaxınlığında yol çökdü - RƏSMİ AÇIQLAMA

Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinnin (AAYDA) aidiyyəti şöbəsi artıq məlumatlandırılıb.
Bu barədə məlumatı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli paylaşıb.
Onun sözlərinə görə, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək.

Oxşar xəbərlər