Cəmiyyət
21-08-2020, 13:59
209
Açıq meşə sahələrində salınan aqrobağlarda monitorinqlər davam etdirilir - Foto
Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə olunması və meşə örtüyünün artırılması məqsədilə açıq meşə ərazilərində salınmış aqrobağların vəziyyəti, onlara göstərilən qulluq səviyyəsi və görülən işlərin gedişatı ilə tanış olmaq üçün bu günlərdə bir neçə rayonda monitorinq keçirilir.
Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Nazir müavini qeyd edib ki, açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi Tovuz, Şəmkir, Samux, Gədəbəy, Yevlax, Bərdə, Ağdaş, Ağcabədi, Beyləqan, İmişli, İsmayıllı rayonlarının ərazisində keçirilib:
“Açıq meşə sahələrində salınmış aqrobağlarda keçirilən monitorinqlər zamanı bir çox ərazilərdə əkin qaydalarına kompleks şəkildə riayət olunduğunu, damcılı suvarma sisteminin çəkildiyini, ərazilərin su anbarları ilə təmin olunduğunu, qabaqcıl üsullardan istifadə edilməklə işlərin yüksək səviyyədə təşkilini və nümunəvi aqrobağların salındığını müşahidə etdik.
Düzdür, bəzi rayonlarda aqrobağların vəziyyətinin qənaətbəxş olmadığının, əkilən ağaclara düzgün qulluq göstərilmədiyindən bitiş faizinin aşağı olduğunun, hətta müəyyən sahələrdən təyinatı üzrə istifadə edilmədiyinin şahidi olsaq da, deyərdim ki, ümumi nəticə ürəkaçandır”.
F.Əliyev bitiş faizi qənaətbəxş olmayan ərazilərdə aqrotexniki xidmət işlərinin keyfiyyətinin artırılması ilə bağlı cavabdeh şəxslərə tövsiyələr olunduğunu, ərazilərin təyinatı üzrə istifadəsi ilə bağlı tələblər qoyulduğunu bildirib.
O, qeyd edib ki, nəzərə çatdırılan nöqsanların aradan qaldırılması üçün nəzarət tədbirləri davam etdiriləcək.