Spiker şəhid jurnalistlərin ailələrinə başsağlığı verdi
8-06-2021, 12:11
168

Spiker şəhid jurnalistlərin ailələrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Kəlbəcərdə minaya düşərək həlak olanların ailələrinə başsağlığı verib.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.
Sədr xatırladıb ki, Kəlbəcərdə öz peşə fəaliyyətini yerinə yetirərkən 2 jurnalist və bir icra nümayəndəsinin müavini minaya düşərək həlak olub:
“Bu hadisə bizi çox kədərləndirdi. Bununla bağlı Milli Məclis həlak olanların ailələrinə başsağlığı verib”.

Oxşar xəbərlər