Bacılar “göyərti qiymətinə“ Rusiyaya toya getdilər
8-06-2021, 15:46
192

Bacılar “göyərti qiymətinə“ Rusiyaya toya getdilər

Bir neçə ay öncə “Göyərti qiymətinə Rusiya toylarına gedirlər” - deyən müğənnilər Sevil, Sevinc Səfərova Rusiyaya yollanıblar.
Bacılar bu barədə sosial şəbəkə hesablarında məlumat veriblər.
Müğənni Namiq Qaraçuxurlu ilə fotolarını paylaşan ifaçılar “Yaxşı ki, toylar var, Moskvada görüşə bildik” - deyə şərh yazıblar.
İfaçılar tənqidləri nəzərə alaraq əvvəlcədən şərh bölümünü bağlayıblar.
Xatırladaq ki, gənc ifaçılar pandemiya dövründə Rusiya toy bazarına daxil olan həmkarlarını qınamışdılar:
“Gileylənməyəcəm, sosial şəbəkələrdən qazanıram. Reklamlar, yutub hesabına dolanıram. Əvvəlki kimi deyil, amma Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz.İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var”.

Oxşar xəbərlər