Azərbaycanda pensiya yaşı aşağı salınır? - AÇIQLAMA
14-06-2021, 16:25
185

Azərbaycanda pensiya yaşı aşağı salınır? - AÇIQLAMA

Bu gün müzakirə olunan məsələlərdən biri də pensiya yaşının aşağı salınmasıdır. Hətta bu məsələ Milli Məclisin keçən plenar iclasında da müzakirə olunub. Belə ki, deputat Qüdrət Həsənquliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı söyləyib ki, Azərbaycanda orta ömür çox aşağı olduğu üçün pensiya yaşını aşağı salmaq lazımdır. Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, Milli Məclisdin plenar iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun müzakirəsi zamanı pensiya yaşının aşağı salınması ilə bağlı təklif səsləndirilib:
"Pensiya yaşının qaldırılması əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olanda "Əmək pensiyaları haqqında" qanunda edilmiş dəyişikliklərə əsasən həyata keçirilir. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulur ki, kişilərin yaş həddi 2017-ci ilin iyul ayının 1-dən başlayaraq 2021-ci il iyul ayının 1-dək, qadınların yaş həddi isə 2017-ci ilin iyul ayının 1-dən başlayaraq 2027-ci ilin iyul ayının 1-dək hər il 6 ay artırılır. Qanundan göründüyü kimi, 2027-ci ildə qadınlar və kişilərin pensiya yaşı eyniləşərək 65 yaş olacaq. Amma bu dəyişiklik olunana qədər pensiya hüququ qadınlar üçün 60, kişilər üçün 63 yaş idi. Təbii ki, insanlar üçün pensiyaya daha tez çıxmaq daha əlvərişlidir. Bu, insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edərdi. Mən də yaş həddinin bir az aşağı salınmasının tərəfdarıyam . Amma bu, reallıq kimi görünmür. Çünki qanunda edilmiş dəyişiklik ölkədə orta ömürlülük yaşı nəzərə alınaraq edilib. Həm də region ölkələrdə əmək pensiyası yaşı da təhlil olunub. Ona görə də əmək pensiyası yaşının yenidən aşağı salınması ilə bağlı səsləndirilən təklifləri bu gün real və aktual görmürəm".

Oxşar xəbərlər