Britaniyanın Azərbaycandakı səfiri Leriklə Uelsi bir-birinə bənzətdi
14-06-2021, 16:53
177

Britaniyanın Azərbaycandakı səfiri Leriklə Uelsi bir-birinə bənzətdi

"Ötən həftə Lerik səfərimin şəkillərinə baxırdım. Yolda qoyun sürüsü olan şəkil qarşıma çıxdı. Uelsdə də belə mənzərələri görmək mümkündür”.
Bunu hər dəfə Azərbaycanla bağlı maraqlı paylaşımlar edən Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində paylaşıb.
Tez-tez Azərbaycan dilində paylaşım edən səfir yazıb ki, Uelsdə qoyunlar əhalinin sayından üç dəfə çoxdur: "Əhalinin sayı 3.1 milyon, qoyunların sayı isə 10 milyondur".

Oxşar xəbərlər