Elməddin əsəbləşdi: “Sən bədbəxt, şəxsiyyətəsiz bir adamsan“
14-06-2021, 22:30
176

Elməddin əsəbləşdi: “Sən bədbəxt, şəxsiyyətəsiz bir adamsan“

Tanınmış aktyor Elməddin Cəfərov vaynerlər barədə danışıb.
Lent.az-a müsahibə verən aktyor indi məşhurlaşmağın asan olduğunu vurğulayıb:
“İndi çox asandır. İndi “YouTube”, “Tik-tok” , “İnstagram”lar var. Amma o vaxt 3-4 televiziya var idi, onlara da çıxmaq üçün nələrdən keçməli idin. İndi axşam sosial media üçün video çəkirlər, səhəri gün partladır. Uğurun qarşısında duran yol tək insana yox, Allaha da bağlıdır. Elələri var ki, o vaxt tanına bilməzdilər. Vaynerlərin hamısı uğurlu deyil. Uğurlusu, uğursuzu var. Xarakter olaraq bir neçə vayneri bəyənirəm. Eləsi var ki, bir neçə həftədir ortalığa çıxıb, yanından keçir, amma sənə salam vermir. İnsanlar onunla şəkil çəkdirmək istəyir, deyir ki, kənara dur. O tip insanlar uğur qazansa, nə dəyişəcək ki? Xarakterləri yoxdur. Sən yoxsansa, sənin gördüyün işlər nəyə yarayır ki? Sən bədbəxt, şəxsiyyətəsiz bir adamsan. Uğur qazanmağın nəyə yarayır ki?”

Oxşar xəbərlər