Quş qripi ilə bağlı TƏHLÜKƏ: 44 ölkəyə məhdudiyyət tətbiq edildi - SİYAHI
14-06-2021, 17:32
215

Quş qripi ilə bağlı TƏHLÜKƏ: 44 ölkəyə məhdudiyyət tətbiq edildi - SİYAHI

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) “Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)” vasitəsi ilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam edib, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam edir.
Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.
Dünya ölkələri üzrə məlumat aşağıdakı cədvəldə təqdim olunur:
S/sÖlkə adıXəstəlik ocaqlarının sayı
1Fransa677
2Almaniya523
3Macarıstan289
4Cənubi Koreya277
5Polşa248
6Cənubi Afrika Respukası146
7Misir123
8Çin119
9İran İslam Respublikası100
10Vyetnam98
11Danimarka95
12İsveç92
13Rusiya Federasiyası80
14Niderland79
15Yaponiya77
16İngiltərə76
17Hindistan38
18İrlandiya37
19Estoniya26
20Belçika25
21Latviya23
22İsrail21
23İtaliya19
24Finlandiya18
25Norveç14
26Ukrayna14
27Litva13
28Qazaxıstan12
29Rumıniya11
30Çexiya10
31Bolqarıstan9
32Küveyt9
33Slovakiya7
34Amerika Birləşmiş Ştatları6
35İndoneziya6
36Nepal6
37Əlcəzair5
38Xorvatiya5
39Lesoto5
40Şotlandiya4
41Filippin3
42Şimali İrlandiya3
43Kamboca3
44Avstraliya3
45Şimali Koreya3
46Əfqanıstan3
47Yunanıstan3
48İraq3
49Uels3
50Laos3
51Mali2
52Səudiyyə Ərəbistanı1
53Nigeriya1
54Seneqal1
2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı.
S/sÖlkə adı
1Almaniya
2Macarıstan
3Cənubi Koreya
4Çin
5Danimarka
6Polşa
7Vyetnam
8Rusiya Federasiyası
9Niderland
9Yaponiya
11Hindistan
12İran İslam Respublikası
13İngiltərə
14İrlandiya
15Belçika
16İsrail
17İtaliya
18Ukrayna
19Fransa
20Qazaxıstan
21Rumıniya
22Çexiya
23Bolqarıstan
24Slovakiya
25İsveç
26Amerika Birləşmiş Ştatları
27Xorvatiya
28Şotlandiya
29Litva
30Filippin
31Şimali İrlandiya
32İraq
33Uels
34Səudiyyə Ərəbistanı
35Küveyt
36Kamboca
37Finlandiya
38Estoniya
39Əfqanısta
40Nepal
41Əlcəzair
42Cənubi Afrika
43Mali
44Lesoto

Oxşar xəbərlər