Bu il 39 mindən çox körpə doğulub - Azərbaycanda
14-06-2021, 23:40
187

Bu il 39 mindən çox körpə doğulub - Azərbaycanda

Bu il Azərbaycanda yeni doğulan körpələrin sayı məlum olub.
Cari ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 39 728 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib.
Doğulanların 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Körpələrdən 974-ü əkiz, 27-si isə üçəm olub.

Oxşar xəbərlər