“Camaat vaksini vurdurmağa qorxur“ - Kamil Zeynallı
15-06-2021, 12:14
186

“Camaat vaksini vurdurmağa qorxur“ - Kamil Zeynallı

Ölkəmizdə mərhələli şəkildə yumşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar da oldu ki, bunlardan biri də idman zalları idi. Nəhayət ki, bütün idmansevərlərin gözlədiyi kimi, idman zallarının da açılışına icazə verildi. Bir müddətdir idmandan kənar qalmış idmançıların zallara axın edəcəyi gözlənildi.
Lakin zallara üz tutanların sayında azalma müşahidə edildi.
Tanınmış məşqçi, “Limak” fitness zalının sahibi Kamil Zeynallı açıqlamasında qeyd edib ki, idman zallarına kütləvi axın yoxdur:
“Bir çox idmançımızın dediyi kimi, zalllarda əvvəlki aktivlik yoxdur. Camaat peyvənd vurdurmağa qorxur. Biz də zala girməyə yalnız COVİD pasportu ilə icazə veririk deyə, gələn azdır. Əvvəlki kimi axın yoxdur. İdman zalımıza yalnız pasportu olanlar buraxılır, kimsə birinci dozanı vurdurub, ikincini vurdurmayıbsa, girişə icazə yoxdur. Qətiyyən əvvəlki aktivlik, axın yoxdur. Camaat gəlməyə çəkinir, ümumiyyətlə, vaksini vurdurmağa qorxur. Məlum məsələdir ki, gəlməməklərinin səbəbi iynədir. Mən nə məsləhət verə bilərəm? Versəm də qulaq asan kimdir ki, qanun nədirsə onu da etməliyik. İnşallah, bu bəla tezliklə bitər, əvvəlki həyatımıza geri dönərik”.

Oxşar xəbərlər