Arvadının şəkillərini paylaşdı: “Gəlinəm, 50 azn-ə...“ - Azərbaycanda BİABIRÇI OLAY
15-06-2021, 12:30
169

Arvadının şəkillərini paylaşdı: “Gəlinəm, 50 azn-ə...“ - Azərbaycanda BİABIRÇI OLAY

Azərbaycanda biabırçı hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, Yalçın Paşayev adlı şəxs keçmiş həyat yoldaşının şəkillərini sosial şəbəkədə əxlaqsız qadın kimi təqdim edib.
Xəzər TV-yə müraciət edən qadın bildirib ki, əmisi oğlu Yalçınla 2009-cu ildə ailə qursa da evlilikləri cəmi 8 ay çəkib. Əkiz oğul övladları var. Boşandıqdan sonra bir dəfə də olsun aliment ala bilməyib.
"Qardaşım mənə zəng elədi ki, "Odnaklassnik" i aç bax sənin yoldaşın səni rüsvay edib. Girib baxıram ki, uşağımla çəkdirdiyim şəkilləri ayırıb tək şəkillərimi paylaşıb. Mənim adımdan "Salam gəlinəm, boşanmışam. 50 azn-ə görüşürəm. İstəyən yaza bilər" - deyə yazıb.
Nömrələrimin hamısını bloka atıb, əlaqə saxlaya bilmirəm. Heç əmisi qızı deyiləm axı yoldaşı olmuşam. Övladlarım idmana gedə bilmir utandıqlarından. Mən ondan aliment istəyirəm o da məni şantaj edir bu yolla". - zərərçəkmiş qadın bildirib.


Oxşar xəbərlər