Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar
22-08-2020, 09:52
242

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi növbəti nəzarət tədbiri zamanı Mingəçevir su anbarının Alazan çayına birləşən və Samux inzibati rayonuna aid olan hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmətin rəisi Hikmət Əlizadə araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakinləri Azər Məlikov, Cavad Quluzadə, Nuruş Müslümov və Mingəçevir şəhər sakini Rövşən Cəfərov olduğu məlum olub və onlardan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb: “Faktla bağlı  A.Məlikov və C.Quluzadə barəsində protokol tərtib edilərək hər biri 1500 manat məbləğində cərimə olunub. 
Digər təqsirkarlar N.Müslümov və R.Cəfərov barəsində isə akt tərtib olunub və təbiətə  2970 manat məbləğində ziyan vurduqları müəyyən edilib. 
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda Su Nəqliyyatında Polis İdarəsində istintaq aparılır”.

Oxşar xəbərlər