Laçındakı qəzada həlak olan hərbçilərin FOTOSU
17-06-2021, 11:19
179

Laçındakı qəzada həlak olan hərbçilərin FOTOSU

Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan hərbçilərin fotosu yayılıb.
Hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.


Oxşar xəbərlər