Cəmiyyət
17-06-2021, 17:01
165
İbrahim İbrahimli üçün yas mərasimi keçirilməyəcək
Dünən vəfat edən sabiq deputat, tanınmış müxalifət funksioneri İbrahim İbrahimli üçün yas mərasimi keçirilməyəcək.
Bu barədə onun kürəkəni tanınmış politoloq Toğrul İsmayıl məlumat yayıb.
“Dünən qaynatam, dostum və gözəl insan İbrahim İbrahimli dünyasını dəyişdi və Balaxanı qəbirstanlığında torpağa tapşırıldı. Hüznümüzə şərik olan, dəstək verən, başsağlığı diləyən bütün dəyərli insanlarımıza ailəmiz adından xüsusi təşəkkür edirəm. Dualarınız əksik olmasın. Allah hər kəsdən razı olsun. Əfsuslar olsun ki, günümüzün bəlası olan Covid-19 pandemiyası ilə əlaqədar olaraq məcburən heç bir yas mərasimləri nəzərdə tutulmayıb və keçirilməyəcək. Bir daha çox sağ olun. Var olun. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, - deyə professor qeyd edib.