Kafe və restoranlarla bağlı bu məhdudiyyət ləğv edilməlidir - AÇIQLAMA
21-06-2021, 11:39
174

Kafe və restoranlarla bağlı bu məhdudiyyət ləğv edilməlidir - AÇIQLAMA

"Fikrimcə, bu məhdudiyyəti ləğv etmək olar. Onsuz da kafe və restoranların fəaliyyətinə icazə verilib. Axşam 18:00-da və ya gecə 01:00-da 100 nəfərin əyləşməsi heç nəyi dəyişmir".
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O həmçinin əlavə edib ki, Operativ Qərargahın qoyduğu qaydalara riayət olunacaqsa, saatın o qədər də önəmi yoxdur. Bu məkanlara təsadüfi insanlar toplaşır.



Oxşar xəbərlər