Cəmiyyət
21-06-2021, 13:52
190
Düz Cırdaxan məktəbi elə bil Monqollar dövründən qalıb.. -Rayon rəhbərliyi, Təhsil Nazirliyi hara baxır ?
Hörmətli Qənirə xanım, “Turan eli”nə ayırdığınız diqqətin cüzi bir hissəsini də Düz Cırdaxan məktəbinə ayırın.
Son illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə rayonlarımızda, kəndlərimizdə xeyli sayda yeni, müasir məktəblər tikilib, mövcud məktəblər yüksək səviyyədə təmir olunublar.
Ancaq bəzən elə məktəblərdən redaksiyamıza şikayətlər daxil olur ki, sözün düzü, məəttəl qalırıq.
Redaksiyamıza göndərilən məlumatlar və şəkillər Tovuz rayonunun R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbi ilə bağlıdır.
Kəndlə bağlı oxuculara qısa məlumat verək.
Monqollar dövründə Cənubi Qafqaz ərazisi 110 rayon arasında bölüşdürüləndə Şəmkir Mular xana, Tovuz isə Cırda xana düşmüşdür.
Sonralar isə kənd elə Cırdaxan deyə adlandırılıb. Bir neçə kəndin adı Cırdaxan olduğundan kəndin adı Düz Cırdaxan olaraq dəyisdirilib. Çünki yollar buradan düz keçirmiş.
Kəndin əhalisi 3 min nəfərdən artıqdır.
Yuxarıda qeyd etdiyimiz kimi bizim əsas mövzumuz kəndin məktəbi ilə bağlıdır. 100-lərlə şagirdin təhsil aldığı məktəb sanki Monqollar dövründən qalıb. Adicə təmir işləri məktəbdə aparılmayıb. Bundan əlavə iraq olsun kimsə alışıb yana, məktəbdə su tapılmır.
Görəsən, məktəbin rəhbərliyi, kənd icra nümayəndəsi, kəndin bələdiyyəsi, rayon Təhsil idarəsi, İcra hakimiyyəti və digər qurumlar hara baxır ?
Məktəb iraq olsun uçub şagirlərin başına tökülməlidir ki, ayılaq ?
Bəlkə də bu məktəbin təmiri üçün nə qədər pullar ayrılıb və silinib.
Bizim istəyimiz odur ki, gənc nəsil normal şəraitdə təhsil alsın.
Bizim bir müraciət etmək istədiyimiz ünvan da var.
Redaksiyamıza göndərilən şəkillərdən görünür ki, Milli Məclisin üzvü, üstəlik Mədəniyyət Komitəsinin sədri, hörmətli Qənirə xanım Paşayeva məktəbdə olub, şagird və müəllim kollektivi qarşısında alovlu çıxış edib.
Görəsən, Qənirə xanım məktəbin acınaqcaqlı durumunu, görkəmini görməyib ?
Görübsə, niyə əlaqədar qurumlara xəbər etməyib, tədbir görməyib. Axı, hamı xanım deputatı alovlu vətənpərvər, vətən sevdalısı kimi tanıyır.
Axı, onlar sizin seçicilərinizdir, xanım deputat.
Qənirə xanımdan umduğumuz odur ki, Sumqayıtda dəniz kənarında “Turan eli” adı altında fəaliyyət göstərən və Niyam Salamiyə icarə verilən obyektlərə ayırdığı diqqətin cüzi bir hissəsini də Düz Cırdaxan məktəbinə ayırsın.
Mövzunu diqqətdə saxlamağa çalışacağıq.
P.S. Biz kiminsə ağına heç vaxt qara deməmişik. Belə məsələləri bizdən Tovuz camaatı tələb edir, hörmətli cənablar. /Gundelik-baku.com/