Şəhid ailələri və qazilər üçün vakansiyalar təqdim edildi
22-06-2021, 16:35
179

Şəhid ailələri və qazilər üçün vakansiyalar təqdim edildi

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan "Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Bakı və ölkəmizin bölgələrində fəaliyyət göstərən həmin işəgötürənlər əsasən xidmət, emal, kənd təsərrüfatı və tikinti sahəsi üzrə fəaliyyət göstərirlər. Onlar elektron sistemə qeyd olunan sahələr üzrə 388 vakansiya təqdim ediblər. Bu vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin işlə təminatı üçün istifadə olunur.
Nazirlik tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Oxşar xəbərlər