Bakının Mərdəkan qəsəbəsində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 12:43-də tam söndürülüb.
***
13:20
Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında yanğın baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O qeyd edib ki, yaranan tüstü səbəbindən yolda görüntü məhdudlaşıb: “Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib”.

Cəmiyyət
23-06-2021, 13:33
227
Bakıda baş verən yanğın söndürüldü - VİDEO+FOTOLAR (YENİLƏNİB)

